
İranın Xarici İşlər Nazirliyi qərb KİV-in Səudiyyə Ərəbistanı ilə gizli danışıqların aparılması haqda məlumatlarını təkzib edib.
NEWSru.co.il xəbər verir ki, Yaxın Şərqdə gərginliyin azalmasına xidmət edəcək danışıqlar haqqında məlumat son günlər yayılıb.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı İranla konfrontasiyaya girəcəyi təqdirdə ABŞ-dan lazımi dəstəyin alınmasına şübhə ilə yanaşır. İran isə ölkə daxilində baş verən kütləvi etiraz aksiyalarından sonra sabitliyin möhkəmləndirilməsində maraqlıdır.
Bildirilib ki, Ər-Riyadla Tehran arasında dialoq Yəmən münaqişəsinin nizama salınmasına, dünya bazarlarına neft tədarükünün stabilləşdirilməsinə, həmçinin, Səudiyyə Ərəbistanının BƏƏ və Qətərlə yaxınlaşmasına xidmət edəcək.
Xəbər Oxu.az saytında dərc edilib.