İran səfiri İsrail səfirinin Təbrizlə bağlı paylaşımına reaksiya verdi - Bu macəraçı oğlanın…

  • By admin
  • 21 İyul 2022 10:08

İsrailin Azərbaycandakı səfiri Corc Dik Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsilə ilə bağlı paylaşımı böyük rezonansa səbəb olub.

Xatırladaq ki, sosial şəbəkə hesabında səfir “Təbrizin sehrli nağılları” adlı kitabı paylaşaraq, bunları yazıb:

“Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”

İsrailin Azərbaycandakı səfirinin Azərbaycanın Güneyinin Təbriz şəhəri ilə bağlı paylaşımına İran səfiri isə belə reaksiya verib:

“Bu macəraçı oğlanın məlumatı üçün: Bizim sevimli Təbriz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Heç vaxt qırmızı xəttimizi keçməyin!”.

Günay 
Gununsesi.info