İran səfirliyindən Əbülfəz Qarayevə cavab: "İRANIN SİYASƏTİ TAMAMİLƏ AYDINDIR"

  • Müəllif: admin
  • 29 Mart 2017 17:31
iran-azerbaycan
İrandan hər hansı musiqi qrupu Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməyib.
Bunu Gununsesi.info-ya İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi deyib.
O bildirib ki, Novru bayramı günlərində  İslam Respublikasından heç bir rəsmi musiqi qrupu Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişəli sayılan ərazilərə səfər etməyib.
Bəzi media qurumlarında İranın yenidən Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yazılara er verməsinə gəldikdə M. Nəcəfi deyib ki,  İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı dəyişməz siyasəti tamamilə aydındır və indiyədək bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik”.

M. Rza onu da əlavə edib ki,  bəzi  mətbu orqanları  vasitəsilə yayılan qeyri-mötəbər və bəzən təhrif olunmuş xəbərlər İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələri korlamaq və ictimai rəyi mənfi yönlərə yönəltmək məqsədi daşıyır. “Təəssüf ki, indiyədək dəfələrlə bunun şahidi olmuşuq. Biz bu qəbil cəhdləri şiddətlə qınayırıq”- deyə, o, vurğulayıb.
Mürtəza
Gununsesi.info