İran Səudiyyə Ərəbistanının strateji səhvə yol verdiyini düşünür

  • By admin
  • 08 Noyabr 2017 19:40

ABŞ və İsraili dost, İranı düşmən hesab etməklə Səudiyyə Ərəbistanı strateji səhvə yol verir.

Gununsesi.info xəbər verir ki, bunu İran hökumətinin iclasında ölkə prezidenti Həsən Ruhani deyib.

H.Ruhani həmçinin Ər-Riyadın nəyə görə qonşu Yəmənə düşmən münasibət bəslədiyini də anlamadığını deyib: “Yəmən xalqı ölkənin bu qədər bombardmana məruz qalmasına necə reaksiya göstərə bilər? Siz yəmənlilərə dərman, qida və BMT-dən yardım göndərməyə icazə vermirsiniz. Bu, düzgün, şüurlu və İslama uyğun addımdırmı?”

Gununsesi.info