İran silkələndi

İranın cәnubundakı Hörmüzqan әyalәtindә 5,2 bal gücündә zәlzәlә qeydә alınıb.

Gununsesi.info xəbər verir ki, bu barәdә Tehran Universitetinin Geofizika İnstitututunun Seysmoloji Mәrkәzi mәlumat yayıb.

HTML tutorial

Mәlumata görә, 5,2 maqnitudalı zәlzәlә Hörmüzqan әyalәtindә yerli vaxtla saat 10.36-da baş verib. Zәlzәlәnin ocağı 8 kilometr dәrinlikdә yerlәşib.

Qeyd edәk ki, İranın Milli Seysmoloji Mәrkәzi Hörmüzqan әyalәtindә 4,4 vә 4,5 bal gücündә yeraltı tәkanlarının qeydә alındığını açıqlamışdı.

Gununsesi.info