
İranda bəzi saytların istifadəsinə məhdudiyyətlər tətbiq olunur.
BBC xəbər verir ki, İranın kommunikasiya və informasiya texnologiyaları üzrə naziri Mahmud Vaezi yerli sosial şəbəkələrə üstünlük verdiyini deyib.
“Yaxşı material, yerli istehsal olan tətbiqlər və proqramlara dair iranlıların ehtiyaclarını təmin etməyə səy göstəririk. Xarici sosial medianı istifadə edən iranlılarda maraqlı deyilik”.
Nazirin sözlərinə görə İran son dörd il ərzində bir çox sosial media platformalarını bloklayıb. Lakin bunun ardınca istifadəçilər dərhal başqa şəbəkələrə keçib.
“Çinin ViÇatın bloklanmasından cəmi 24 saat sonra insanlar Votsapa keçdilər. Bu ViÇat menecmentilə müzakirə aparılarkən baş verdi. Lakin Votsap Amerika brendidir. Belə ki, biz yağışdan çıxıb yağmura düşdük”.
“Lakin onlar siyasi kanalları bağlamır”, – deyən Mahmud Vaezi insanların Vayberdən Teleqram-a keçdiyini qeyd edib.
İranlı nazir dörd yerli sosial media platformasının artıq hazır olduğunu qeyd edib. Onun sözlərinə görə onlardan bəzilərinin artıq 2 milyon istifadəçisi var.
Nazirin 5 milyondan artıq istifadəçiyə malik platformanın maliyyə əməliyyatları apara biləcəyini bildirib.
“Biz gözləyirik ki, yerli şəbəkələr normal fəaliyyətə qadir olduqlarını isbat etsinlər və biz xarici sosial mediadan yaxa qurtarmağın müəyyən yollarını tapacağıq”.
“Müxtəlif qruplar prezident Həsən Ruhaninin seçki qələbəsində öz rolunu önə çəkir. Lakin prezident heç kəsə borclu deyil”,- Vaezi bidirib.
O, ötən il İranda “milli internet”-in yaradılmasına dair planın ilk mərhələsinin başa çatdığı elan edilib.
Hakimiyyətə əsasən, daxili şəbəkəyə (intranet) dair təşəbbüs interneti daha səmərəli, təhlükəsiz etməklə xərcləri də azaldacaq. Lakin tənqidçilərə görə əsas məqsəd İnternet üzərində nəzarəti gücləndirməkdir.
Gununsesi.info