İran, Suriya və Türkiyə razılığa gəldi - SURİYA MƏSƏLƏSİNDƏ

  • By admin
  • 24 Yanvar 2017 14:54

suriya

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların ikinci günü Türkiyə, Rusiya və İran ortaq qərara gəliblər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyada qarşıdurmanın dayandırılması və atəşkəsin pozulmamasının qarşını alınması istiqamətində Türkiyə, Rusiya və İran arasında razılaşma əldə olunub.

Xatırladaq ki, danışıqlar Suriya hökuməti və müxalifətinin təmsilçiləri, Rusiya, Türkiyə və İranın nümayəndə heyətləri, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi və ABŞ-ın Qazaxıstandakı səfirinin iştirakı ilə davam etdirilir. Görüş öncəsi BMT baş katibinin xüsusi nümayəndəsi Staffana de Mistura nikbin əhval-ruhiyyədə olduğunu bildirib.

Anar

Gununsesi.info