İranın Ali Milli Təhlükəsizlik Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar təcili iclas keçirəcək.
Gununsesi.org-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu Təhlükəsizlik Şurasının nümayəndəsi Keyvan Xosvari deyib.
O bildirib: “Bir neçə saat ərzində Ali Milli Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək”.