İran Xarici İşlər Nazirliyi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın həyatına sui-qəsddə Tehranın əli olması ilə bağlı bəyanatlara münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Departamentin rəsmi nümayəndəsi İsmayıl Baqai Trampa sui-qəsd cəhdlərində əli olması ilə bağlı ittihamları əsassız adlandırıb.
Onun fikrincə, bu mesajlar İran və ABŞ arasında münasibətləri pisləşdirmək üçün hazırlanmış İsrail sui-qəsdidir.
Bundan əvvəl ABŞ İranın Trampı sıradan çıxarmağa hazırlaşdığını açıqlamışdı.
ABŞ Ədliyyə Nazirliyi İran rejiminin nümayəndəsi Fərhad Şakeri ittiham etmişdir.