İran məhkəməsi Türkiyə vətəndaşını edam cəzasına məhkum edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat paylaşıb.
Bildirilib ki, Qərbi Azərbaycan vilayətinin Urmiya həbsxanasında saxlanılan Türkiyə vətəndaşı Hatəm Özdəmir ölüm cəzasına məhkum edilib.
Bu barədə Xoy şəhərinin İnqilab Məhkəməsi qərar çıxarıb.
Özdəmirə İranın islam quruluşuna qarşı silahlı üsyan ittihamı ilə edam hökmü çıxarılıb.
Gununsesi.info