İran və ABŞ arasında gərginlik artır: Amerika bazasına raket hücumu

  • By admin
  • 09 Fevral 2024 11:08

Suriyada Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar Deyr əz-Zor əyalətində ABŞ əsgərlərinin yerləşdiyi “Ömər” neft yatağı bazasına raketlərlə hücum edib.

Gununsesi.info xəbər verir ki, hücum nəticəsində ölənlərlə bağlı məlumat verilməyib.

ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.

Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar fevralın 7-dən fevralın 8-nə keçən gecə ABŞ qüvvələrinin yerləşdiyi “Ömər” neft yatağı bazasına kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirib.

PKK/YPG terror təşkilatı fevralın 4-də “Ömər” neft sahəsi yaxınlığındakı qərargaha kamikadze PUA hücumları nəticəsində 6 terrorçunun öldürüldüyünü iddia edib.

Yanvarın 28-də Suriya-İordaniya sərhədindəki Amerika bazasına edilən hücuma cavab olaraq, fevralın 3-də ABŞ İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinə və Suriya və İraqdakı silahlı qruplaşmalara aid ən azı 85 hədəfin hava zərbələri ilə vurulduğunu açıqlayıb.

2023-cü ilin oktyabr ayından bəri mənşəyi məlum olmayan raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə ABŞ qüvvələrinin Suriyada yerləşdirildiyi bazalara çoxlu hücumlar edilib.

Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi PKK/YPG terror təşkilatının işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Gununsesi.info