İran və Azərbaycanın güclü münasibətləri var - BİRİNCİ VİTSE-PREZİDENT

  • By admin
  • 03 Yanvar 2018 15:55

İran və Azərbaycanın güclü münasibətləri var.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bunu İranın Birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

Ərdəbil əyalətində yerli toplantıda çıxış edən İ.Cahangiri bildirib ki, qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi İranın əsas prioritetidir.

Əyalətin Azərbaycanla sərhəddə olduğunu vurğulayan vitse-prezident qeyd edib ki, Ərdəbil bu imkandan Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi üçün yararlana bilər.

O əlavə edib ki, İran zəngin təbii ehtiyatları, ixtisaslaşmış işçiləri, həmçinin sərfəli coğrafi mövqeyi daxil olmaqla nəhəng potensiala malikdir.

Gununsesi.info