İran və İtaliya XİN başçıları telefonla danışıblar

  • By ilhame
  • 13 Avqust 2024 12:59

İtaliyanın xarici işlər naziri Antonio Tayani İran xarici işlər naziri səlahiyyətlərini müvəqqəti icra edən Əli Baqeri Kəni ilə telefonla danışıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

 

Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

 

İranın baş diplomatı ölkənin İsraildən qisas almaq hüququnu növbəti dəfə diqqətə çatdırıb.

Gununsesi.info