İran və Misirin arasında görüş keçirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ələ alınıb.
İranın XİN başçısı Hüseyn Abdullahiyan və Misirin XİN başçısı Samih Şukri BMT Baş Assambleyasının toplantısına qatılmaq üçün Nyu-Yorka səfərləri çərçivəsində keçirdikləri dialoq zamanı əməkdaşlıq, qarşılıqlı hörmət, qonşuluq, ölkələrin iç işlərinə qarışmamaq prinsiplərinə söykənən iki xalqın mənfəətlərini təmin edəcək şəkildə əlaqələri inkişaf etdirməyin yollarından danışbılar.
İran və Misir siyasətçiləri bölgənin problemlərini ələ alıblar. Sabitlik və təhlükəsizliyin artırılmasına qatqı vermək üçün razılıq əldə ediblər.
Tərcümə: Arzu