
İran və Pakistan arasında sərhəd xəttində silahlı qrupların hücumlarının armasından sonra iki ölkə təhlükəsizlik və kəşfiyyat sahəsində işbirliyini artıracaqlar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İran və Pakistan orduları sərhəddəki silahlı qruplara qarşı əməkdaşlıq edəcəklər.
Ən yüksək hərbi yetkililər olaraq Pakistan Ordusunun başında dayanan Quru Qüvvələri Komandanı General Asim Münir sərhəd bölgələrindəki qruplara qarşı tədbirlərin alınması üçün İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Münir görüşdən sonrakı açıqlamasında önəmli qərarlara imza atıldığını söyləyib.
İkitərəfli anlaşmada “terror ortaq təhdiddir” sənədində imza atılıb.
Bununla mübarizə aparmaq üçün “Kəşfiyyat paylaşımı, terror şəbəkələrinə qarşı təsirli aksiyalar yolu ilə sərhəd bölgələrində terrorçuluğun kökünün qurudulması və təhlükəsizlik sahəsində işbirliyini artırmağın yollarının araşdırılmasına dair söz verilib”, cümləsinin yer aldığı sənəd iki ölkə arasında yeni dönəmin başlanğıcıdır.