İran və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib - FOTOLAR

  • By admin
  • 22 İyul 2017 13:46

47bb393e42740c134c98f16790c492b3

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku – 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və  Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, avqustun 1-dən 11-dək keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri iştirak edəcək.

ship_220717_09 ship_220717_08 ship_220717_07 ship_220717_05 0bacd1c08a98b63a93300285a9f1731d 1b4dc1f75f28a7e09192f7a63e2b98c1 41d0b4d4d08ec864588e39d84b469a3b

Gununsesi.info