
İran və Rusiya arasında uzunmüddətli strateji əməkdaşlıq sazişi üzərində işlərin müvəqqəti olaraq dayandırıldığı iddia edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov Rusiya və İran arasında hərtərəfli razılaşma üzərində işlərin dayandırıldığını bildirib:“Bu ilin əvvəlində biz İrandan alınan son dəyişiklikləri (sazişin mətni ilə bağlı) nəzərə alaraq əks təkliflər verdik. Digər tərəfdən, İran administrasiyası hazırda prezident seçkilərinə hazırlıqla məşğul olduğundan, bu məsələnin onların qarşısına çıxacağını gözləyirik”.
İranın Moskvadakı səfiri Kazım Celali müqavilənin dayandırılması xəbərinin əsassız olduğunu və Rusiya rəsmisinin açıqlamasının tərcümə xətası ilə bağlı olduğunu bildirib: “İran və Rusiyanın strateji razılaşmanı yekunlaşdırma prosesi müəyyən olunmuş qrafikə uyğun olaraq davam edir”.
Qeyd edək ki, Rusiya və İran 2021-ci ildən bəri iki ölkə arasında strateji və ticari əməkdaşlığı nəzərdə tutan uzunmüddətli strateji əməkdaşlıq sazişi üzərində işləyir.
İran 2021-ci ilin martında Çinlə oxşar saziş imzalayıb.
Gununsesi.info