İran və Sudan diplomatik münasibətləri bərpa edir

  • By ilhame
  • 09 Oktyabr 2023 22:55

İran və Sudan diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bu qərar ötən aylar ərzində yüksək səviyyəli qarşılıqlı təmaslardan sonra qəbul edilib. Beləliklə, İran və Sudan regionda təhlükəsizlik və sabitlik sahəsində tərəfdaşlıqlarını dərinləşdirmək barədə razılığa gəliblər.

Bundan əlavə, dövlətlər tezliklə öz ərazilərində bir-birlərinin səfirliklərini açacaq və ikitərəfli əməkdaşlığın inkişafını müzakirə etmək üçün rəsmi nümayəndə heyətləri yaradacaqlar.

Gununsesi.info