İran və ABŞ arasında məhbus mübadiləsi baş tutacaq

  • By admin
  • 12 Mart 2023 20:07

İran və ABŞ məhbusların mübadiləsi ilə bağlı razılığa gəliblər.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Əmir Abdullahiyan bildirib.

Vurğulanıb ki, ötən ilin mart ayından etibarən ABŞ ilə aparılan müzakirə nəticəsində məhbusların qarşılıqlı ekstradisiyasına dair razılıq əldə olunub.

Qeyd edək ki, yaxın günlərdə ABŞ texniki məsələləri həll etsə, razılaşma həyata keçiriləcək.

Gununsesi.info