İran və Kamboca futbol yığmalarının oyununa qadınlar da buraxılacaq

  • By admin
  • 23 Sentyabr 2019 08:58

Beynəlxalq Futbol Federasiyası rəsmi Tehrandan 2020-ci ildə Kamboca-İran futbol oyununa qadınların da izləməsi ilə bağlı təminat alıb. 

“Sports Illustrated” FİFA rəhbəri Canni İnfantinoya istinadən xəbər verir ki,  FİFA nümayəndə heyətinin Tehrana səfərindən sonra belə qərar verilib.

 

Kamboca-İran oyunu oktyabrın 10-da 78 min nəfərlik “Azadi” stadionunda keçiriləcək. 

Yerli qanunlara görə, son 40 ildə qadınlar İranda kişilərin futbol komandalarının oyununu izləmək hüququndan mərhum idilər.

Xatırladaq ki, bundan əvvəl iranlı azarkeş Səhər Xudayarinin intihar etməsi faktı bütün dünyanı sarsıtmışdı. Qız fanatı olduğu “Esteqlal” komandasının oyununu izləməyə getdiyi üçün həbsə düşəcəyini biləndə özünü öldürmək qərarına gəlmişdi.

Gununsesi.org