“İran və Rusiya bütün dünyada qan axıdır” -Britaniya XİN

  • By admin
  • 19 Noyabr 2022 18:29

İran və Rusiyanın qlobal təhlükəsizliyə yaratdığı təhdid əvvəlkindən daha ciddi xarakter alıb.

Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Twitter” səhifəsində yazıb.

O bildirib ki, İran və Rusiya bütün dünyada qan axıdır və dağıntılar törədir.

“Onların ölkəmizə və qlobal təhlükəsizliyə yaratdığı təhlükə heç vaxt olmadığı qədər ciddi xarakter alıb”, – nazir qeyd edib.

Gununsesi.info