İran Hərbi-Dəniz Qüvvələrinin Xəzər dənizində yerləşən bazasında yeni “Separ“ uzaqməsafəni vuran raketatan gəmisi daxil olub.
Gununsesi.info “fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Şimal donanmasının komandanı Əhməd Rza Bakeri bəyan edib.
Onun sözlərinə görə, gəmi yaxın günlərdə İran Hərbi-Dəniz Donanmasının Xəzərdəki bazasına daxil olacaq.
İran Hərbi-Dəniz Donanmasının komandanı Hüseyn Xanzadi isə deyib ki, yaxın günlərdə Xəzərdəki Hərbi-Dəniz qüvvələrinə bir neçə əlavə yeni gəmi və vertolyot da veriləcək.
Son illərdə İran Xəzərdəki hərbi iştirakını gücləndirməkdədir.
Gununsesi.info