
ABŞ İranda baş verənlərlə bağlı yaxın günlərdə Nyu-Yorkda və Cenevrədə BMT-nin fövqəladə toplantısının çağırılmasını planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki xüsusi nümayəndəsi Nikki Xeyli bəyan edib.
“BMT İrandakı vəziyyətlə bağlı öz sözünü deməlidir. Bir neçə gündən sonra biz Nyu-Yorkda fövqəladə sessiyanın, Cenevrədə isə BMT insan haqları şurasının sessiyasını çağıracağıq. Biz susmamalıyıq. İran xalqı azadlıq tələb edir”- deyə, N.Xeyli mətbuat konfransında bəyan edib.
Gununsesi.info