İran xalqı Tehranda oturan qəddar, zalım rejim altında yaşamayacaq - ABŞ-ın SABİQ DÖVLƏT KATİBİNDƏN İRAN MÜQAVİMƏTİNƏ DƏSTƏK

  • By admin
  • 17 İyul 2023 12:56

ABŞ-ın 70-ci dövlət katibi cənab Mayk Pompeo Azad İran 2023-cü il Dünya Sammitində çıxış edən görkəmli natiqlər arasında olub.

Gununsesi.info-nun xəbərinə görə, tədbir İranın Milli Müqavimət Şurasının (NCRI) baş qərargahında keçirilib. Parisin kənarındakı Auvers-sur-Oise, Fransanın paytaxtında minlərlə iranlı və İran Müqaviməti tərəfdarlarını cəlb edən möhtəşəm mitinqlə eyni vaxtda.

Pompeo deyib ki,  İran Milli Müqavimət Şurasının rəhbərliyiniz İranda azad, suveren və demokratik respublikanın təməlini qoyur: “Mən də bu qədər iranlının şücaətini və fədakarlığını etiraf etmək üçün bir dəqiqənizi ayırmaq istəyirəm. Onlardan bəziləri ilə tanış oldum ki, ölkəni tərk edib. Ötən ilin sentyabr ayından 10 ay ərzində bu etirazçıların rejimin qəddarlığına etirazını müşahidə etmişəm. Artıq 10 aydır ki, onların fəryadı bütün dünyada eşidilir. Onlar bilməlidirlər, siz də bilməlisiniz ki, bu gün ölkə daxilində bunu dinləyən İran xalqı bilir ki, siz bütün dünyada eşitməkdə davam edirsiniz.

Siz ilham olaraq qalırsınız. Siz hamımız üçün ilham olaraq qalırsınız. Amma biz hamımız bu gün buradayıq, çünki eyni səbəbə inanırıq. Biz bu etirazçıların mübarizə apardıqları eyni məqsədə inanırıq ki, bir gün İran xalqı artıq 1979-cu ildən Tehranda oturan qəddar, zalım rejim altında yaşamayacaq.
Bu rejimi hamımız tanıyırıq. Bu, xalqını əzən və bu böyük xalqın nəcib tarixini ələ salan bir rejimdir. Bu, şübhəsiz ki, bütün dünyada şər qüvvəsi olan bir rejimdir. Biz bunu görürük. Mən bunu Amerikanın dövlət katibi olanda yaşadım. Biz bu pisliyi gördük. Xüsusilə bu son aylarda. O qədər iranlı etirazçı ən fundamental hüquqlarını həyata keçirdiklərinə görə öldürüldülər və bir çoxları nümayiş etdirdikləri sadə iman və vətənpərvərlik hərəkətlərinə görə həbs olundular.
Biz hamımız İran İnqilab Məhkəməsi qarşısında mühakimə olunan iki iranlı qadın jurnalisti izləmişik. Məhkəmə sözünü belə işlətməyə tərəddüd edirəm. Onların ailələrinin iştirakına qadağa qoyulub. Onların vəkillərinə müdafiə çıxışı qadağan edilib. Onların yeganə cinayəti, bu iki qadının yeganə cinayəti, keçən sentyabr ayında Məhsa Əmininin ölümü ilə bağlı həqiqəti söyləmələri və vicdanla xəbər vermələri idi”.

 

Tərcümə:

Pərviz Həşimli