İran xalqının mübarizəsi ilk nəticəsini verdi - ƏXLAQ POLİSİ LƏĞV EDİLDİ

  • By admin
  • 04 Dekabr 2022 15:48

İran xalqının molla rejiminə qarşı 4 aya yaxındır ki, apardığı ardıcıl mübarizə özünün ilk nəticəsini verib.

Gununsesi.info xəbər verir ki, bu gün İranda əxlaq polisi ləğv edilib.

Bu barədə İranın Baş Prokurorluğu məlumat yayıb.

İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri elan edib ki, əxlaq polisi səlahiyyətli orqanlar tərəfindən ləğv edilib.

Müntəziri bildirib ki, bu qurumun məhkəmə sistemi ilə heç bir əlaqəsi yox idi.

Günay

Gununsesi.info