İran XİN başçısı: “Vətəndaşlarımız ölərkən Tramp sanksiyaları daha da sərtləşdirir”

  • By admin
  • 07 Mart 2020 20:27

“Vətəndaşlarımız ölərkən Donald Tramp İranın koronavirusla mübarizəsində ehtiyacı olduğu resursları azaltmaq məqsədi ilə ABŞ-ın qeyri-qanuni sanksiyalarını daha da sərtləşdirir”.

Gununsesiaz.info-nun xəbərinə görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Twitter”də bildirib.

İran XİN başçısı qeyd edib ki, dünya ABŞ-ın iqtisadi terrorizmini əvəz etməkdə olan tibbi terrorizminə səssiz qalmamalıdır.  

Gununsesiaz.info