İran XİN başçısının müavini Türkiyəyə səfər edib

  • By admin
  • 03 Avqust 2017 14:12
img1366090
İranın xarici işlər nazirinin müavini Hüseyn Cabbar Əbbasi Moskvadan təcili olaraq birbaşa Ankaraya səfər edib.
Gununsesi.info “rian.ru”ya istinadən xəbər verir ki, İranın xarici işlər nazirinin Yaxın Şərq üzrə müavini Hüseyn Abbas Əraqçı Moskvada görüşlərini bitirdkdən sonra bu gün Ankaraya uçmalı olub.
İranlı nazir müavini Ankarada rəsmilərlə  Yaxın Şərqdəki vəziyyət, xüsusən də Suriya münaqişəsini müzakirə edəcək.
Nazir müavini Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla və müdafiə nazirinin müavini Aleksandr Fominlə görüşüb. Görüşdə Yaxın Şərqdə və Suriyadakı son durum ciddi müzakirə olunub.
Bir sıra məsələlər aydınlıq gətirilməsi və Türkiyə ilə də yaranmış durumua müzakirə etmək üçün iranlı diplomat Ankaraya getmək zorunda qalıb.
Gununsesi.info