İran XİN kürd referendumunu şərh etdi - "REFERENDUMUN KEÇİRİLMƏSİ SƏHVDİR"

  • By admin
  • 28 Sentyabr 2017 08:10

cavad_zerif

“İraqın kürd muxtariyyətində referendumun keçirilməsi ciddi səhvdir”.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Hesab edirik ki, bu ciddi səhvdir. İran daim kürdlərin dostu olaraq qalacaq. Lakin referendumun keçirilməsi çox böyük strateji səhvdir”, deyə Zərif qeyd edib.

Ötən gün, İraqın şimalındakı kürd muxtariyyətində sentyabrın 25-də keçirilən müstəqillik referendumunun nəticələri açıqlanıb. Səsvermədə iştirak edənlərin 92,73%-nin müstəqilliyin lehinə səs verib.

Gununsesi.info