
Britaniya baş naziri ilk dəfə deyil ki, doğrunun yerinə yalanı seçir.
Gununsesi.info-nun axar.az-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Bəhram Qasımi söyləyib.
“Britaniya baş naziri çox rahat şəkildə tarixi hadisələrə, son onilliklərdə meydana gələn problemlərə gözlərini bağlaya bilir. Yaxın Şərqin indiki hala gəlməsində Britaniya və müttəfiqlərinin rolu heç də az deyil”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Britaniya baş naziri Tereza Mey Körfəz ölkələrini Londonla birgə İrana qarşı ittifaq qurmağa səsləmişdi.
Gununsesi.info