İran yanacaq daşıyan iki gəmini ələ keçirdi

İran sərhədçiləri çərşənbə günü ölkənin cənubunda qaçaqmal yanacaq daşıyan iki gəmini saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin sərhəd xidmətinin komandiri məlumat verib.

“Meynəb çayının sularında qaçaqmalçılıq yolu ilə gətirilən 185 min litr yanacaq ələ keçirilib. Altı ekipaj üzvü saxlanılıb”, – məlumatda bildirilib.