İran yaxın günlərdə İsrailə hücuma hazırlaşır -“The Wall Street Journal”

İran nəzərəçarpacaq dərəcədə yaxın günlərdə İsrailə hücuma hazırlaşır, texnikanı hərəkətə gətirir və təlimlər keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, İran Silahlı Qüvvələri raket buraxılış qurğularını hərəkətə gətirir və hərbi təlimlər keçirir ki, bu da Tehranın yaxın günlərdə hücuma hazırlaşdığını göstərə bilər.

Bundan əlavə, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri narahatdırlar ki, bu dəfə İranın İsrailə hücumu həm də  Hizbullah hərəkatı və İranın digər etibarlı qüvvələrinin zərbələri ilə müşayiət oluna bilər.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ İranın İsrailə gözlənilən hücumu ilə əlaqədar İraq və Səudiyyə Ərəbistanı arasında qoşun yeridir.

Qeyd edək ki, Arar keçid məntəqəsində bir neçə ABŞ hərbi karvanı müşahidə edilib ki, bu da İranın mümkün hücumuna hazırlıq ola bilər.

 

 

Şəbnəm

Gununsesi.info