
Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 06:54-da qeydə alınan yeraltı təkanların episentri Şuştar şəhərindən 22 km cənub-qərbdə, ocağı km dərinlikdə yerləşib.
Qeyd edək ki, bundan əvvəl İranın qərb bölgəsində 3,7-3,9 maqnitudalı üç yeraltı təkan qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
***
İranın qərb bölgəsində 3,9 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri Şuş şəhərindən 17 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.