İran ölkənin Qərbi Azərbaycan vilayətində “Karun” adlı yeni Atom Elektrik Stansiyasının inşasına başlayıb.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami açıqlayıb.
Onun sözlərinə görə, yeni AES-in gücü azı 300 meqavat təşkil edəcək.
Qeyd edək ki, “PressTV” telekanalının cari ilin iyulunda yaydığı məlumata görə, İran 2041-ci ilə qədər 5 AES inşa etməyi planlaşdırır.
Gununsesi.info