İran yeni raketini nümayiş etdirdi

  • By admin
  • 11 Fevral 2018 17:10


Bu gün İran yeni “Qədr” ballistik raketini nümayiş etdirib.

APA-nın verdiyi məlumata görə, 2 min km uçuş məsafəsi olan raket bu gün Tehranda İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə nümayiş etdirilib.

Raket hərəkətdə olan buraxılış qurğusundan və buraxılış şaxtasından atıla bilər. “Qədr” ballistik raketi radardan gizlənməyə imkan verən sistemlə təchiz olunub.

Mərasimdə “Fajr 5” yaxın mənzilli raketi və tank əleyhinə idarə olunan “Toufan 2-M” raketi də nümayiş olunub. Eyni zamanda son sınaq mərhələsində olan “Fateh” sualtı qayığı da nümayiş etdirilib.

 

Gununsesi.info