İrana bağlılığı olduğu deyilən saytlar bağlandı

  • By admin
  • 23 Oktyabr 2021 09:54

Azərbaycanda fəaliyyət göstərən dini saytlar fəaliyyətini dayandırıb.

Gununsesi.info-nun xəbərinə görə, bu gündən etibarən deyerler.az, maide.az, ahlibeyt.az, ehlibeyt. info, shia.az və islaminsesi.org saytlarına giriş məhdudlaşıb.

Son zamanlar İranla Azərbaycan arasında yaranan problemlər hər iki ölkədə özünü qabarıq ifadə edir.

İranda Qarabağa dəstək verən azərbaycanlıların həbsindən sonra Bakıda da İrana yaxınlığı ilə seçilən bir qrup dindar saxlanılıb.

 

Gununsesi.info