İrana dini təhsil dalınca gedənlərin qarşısı alınmaldır - FƏZAİL AĞAMALI

  • By admin
  • 15 Noyabr 2022 12:30

Dövlət Təhlükəsizlik Xidmətinin İran İslam Respublikasının Azərbaycana qarşı məkrli planlarını ifşa etməsi bu ölkənin Qum şəhərində dini təhsil dalınca gedən gənclərin məsələsini də gündəmə gətirib.

Bir çox ekspertlər hesab edir ki, Azərbaycan dövləti İrana dini təhsil dalınca gedənlərin qarşısını kəsməlidir.

HTML tutorial

AVP sədri, deputat Fəzail Ağamalı Gununsesi.info-ya müsahibəsində bu və digər məsələlərdən danışıb.

AVP sədrinin sözlərinə görə, DTX-nın keçirdiyi son əməliyyatlarla İranın ölkəmizə qarşı bir sıra təxribatlarının qarşısı zamanında alınmış olub: “Bu əməliyyatlar ciddi əməliyyatlardır. Hesab edirəm ki, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Eyni zamanda DTX əməkdaşlığının yüksək peşəkarlığını ortaya qoydu. Əminəm ki, bu hələ başlanğıcdır. Bundan sonra da biz İranın Azərbaycana qarşı yönəlmiş olan şəbəkəsinin ifşasının şahidi olacağıq”.

İranın müstəqilliyimizin ilk günlərindən bəri Azərbaycan qarşı düşmən mövqeyində olduğunu deyən deputat bildirir ki, zaman-zaman bunun şahidi olmuşuq: “Çünki, İran  uzun illər Azərbaycana  qarşı fəal şəkildə işləyib. Təəssüflər olsun ki, bu proseslərdə ruhani təhsil dalınca Quma gedən gənclərimiz də alətə çevrilib. Həmin gənclər dini təhsil adıyla Quma gediblər və orada beyinləri  yuyulub. Hesab edirəm ki, Azərbaycan dövləti gənclərin Quma getməsinin qarşısını almalıdır. Kimlərsə, müxtəlif yollarla gedirlərsə, qayıdanda bütünlüklə təftiş olunmalıdır. Onların burada hər bir bir addımı, hərəkəti ciddi nəzarət altında olmaldır. Gec-tez öz xəyanətlərini biruzə verməyə başlayacaqlar və həmin an onların başının üstünü kəsiləcək”.

Fəzail Ağamalı İranın həm də Azərbaycanda narktikin geniş yayılmasında xüsusi rolunun olduğunu deyib.

Onun sözlərinə görə, narkotacirlərin da arasında İrana xidmət edənlər var: “Bu adamlar da ifşa olunduqca, hər şey üzə çıxır”. 

Hazırda İranda ciddi proseslərin getdiyini deyən Fəzail Ağamalı bildirir ki, bu ölkədəki 40 milyonluq azərbaycanlının taleyi üçün tarixi şans yaranıb: “Orada ciddi proseslər gedir.  İranın molla-fars rejimi qaydaları ilə idarə olunması mümkünsüz görünür. Bu gün 40 milyonluq soydaşımızın da milli azadlıq mübarizəsi başlanıb. Orada milli dövlətin yaranması imkanı var. Biz buradan öz dəstəyimizlə cənublu qardaşlarımızın yanında olmalıyıq. Hesab edirəm ki, Cənab Prezident  Türk Dövlətləri Təşkilatının sonuncu zirvə görüşündə bir neçə cümləlik bəyanatı ilə öz mesajını verib. Bu bizim üçün bir yol xəritəsi hesab olunmalıdır. Bu mesajla cənublu qardaşlarımız Azərbaycan dövlətinin onlarla həmryə  olduqlarının şahidi oldu. Hesab edirəm ki, bu, həm də onlara öz mübarizəsində əlavə güc verdi”.

 

Günay  Təhməzova

Gununsesi.info