İrana etirazlar davam edir: “İran ayətulları yüzlərlə məscidi donuzxanaya çevirən Sərkisiyana verdiyi dəstəkdən danışsınlar”

  • By admin
  • 14 Dekabr 2016 15:00

netanyahu35

İran siyasilərinin və din xadimlərinin İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana gəlməsi ilə ölkəmizin əleyhinə açıqlamalar verməsi hakim partiya ilə yanaşı müxalifət partiyasın da mənfi qarşılanıb.

Bununla bağlı Gununsesi.info-ya açıqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, İran molla rejiminin nümayəndələrinin müstəqil Azərbaycan dövlətinin daxili işinə qarışması və bununla bağlı bəyanatlar verməsi ilk hadisə deyil :

“ Qətiyyətlə bu hadisəni pisləyirik. İran dövləti gedib öz daxili işləri ilə məşğul olsunlar. Bu , artıq neçənci dəfədir ki, İranın ayətullaları dost İsrail dövləti ilə Azərbaycanın dostluq münasibətlərinin inkişafın da öz narazılıqlarını bildirirlər. Hər bir dövlətin özünün beynəlxalq siyasəti var. Uzun illərdi ki, rəsmi olaraq Azərbaycan dost İsrail dövləti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq həm iqtisadi, enerji, hərbi və digər sahələrlə aparılır. İsrail dövləti dünya da hərbi sahədə həddindən artıq inkişaf etmiş bir ölkədir. Müasir hərbi texnologiya sahəsin də ilk beşlik də olan bir dövlətdir. Digər tərəfdən dünyanın ən güclü diasporasına və lobbisinə malik bir dövlətlə əməkdaşlıq etməkdən niyə narahat olurlar ki? Niyə bu cür dövlətlə əməkdaşlıqdan imtina etməliyik?! Hər zaman Azərbaycana dostluq mövqeyin də olan bir ölkə ilə əməkdaşlığımızı daha da artırmalıyıq. Azərbaycan dövlətinin bu yönüm də apardığı siyasət xalq tərəfindən də çox müsbət qarşılanır. İranın dini ayətullalarına isə, sual edirəm : Bu necə müsəlmancılıqdır ki, Qarabağ da əli minələrlə müsəlmanın, körpənin, gəncin, yaşlının qanına batmış Sərkisiyanı İranın prezidenti və ayətullaları bağrına basıb qucaqlayır?! Niyə yadlarına düşmür ki, həmin bu Sərksiyan Qarabağ da yüzlərlə Allahın evi olan məscidi çevirib donuzxana edib. Xocalı da müsəlmanlara soyqırım törədən məhz Sərkisiyan olub. Niyə müsəlmançılıq bu vəziyyət də yada düşmür?! Bəs harda qaldı müsəlman qardaşlığı?! Başqa vaxt deyirsiniz ki, müsəlman müsəlmanın qardaşıdır. Qardaş da öz qardaşının düşmənini bağrına basar? Bu gün hər kəsə bəllidir ki, işğalçı Ermənistana hərbi sahə də Rusiya kömək edirsə, iqtisadi, enerji sahəsin də Ermənistanın ayaq da qalmasına birbaşa müsəlman ölkəsi olan İran dəstək olur. Demək olarki İran Ermənistanla bütün sahələr də yaxından əməkdaşlıq edir. Bu sullara İran ayətullaları necə cavab verəcək. İranın bu mövqeyini qətiyyətlə pisləyirik. İsaril dövləti hər zaman bir dost ölkə kimi Azərbaycanı dəstəkləyib. Hər iki ölkə arasın da əməkdaşlıq bundan sonra da davam etdirilməlidir”.

Gununsesi.info