İrana iradımız işğalçı Ermənistana dəstək verməsidir - FAZİL MUSTAFA

  • By admin
  • 22 Noyabr 2016 14:50
fazil 
İran prezidenti Həsən Ruhaninin bu günlərdə  İrəvana  gözlənilən səfəri təkcə İranda deyil, eyni zamanda regionda ciddi rezonansa səbəb olub. İran prezidentinin İrəvana səfəri və işğalçı Ermənistanla  əlaqələrini dərinləşdirməsi, təbii olaraq müsləman ölkəsi olan Azərbaycanda da həssaslıqla qarşılanır.  Azərbaycan müsəlman ölkəsi olan İranın işğalçı Ermənistan dəstək verməsinə narazı olmasını dəfələrlə dilə gətirib. Ən azından formal da, olsa işğalçılıq siyasərinə qarşı çıxaraq Ermənistanla siyasətində ehtiyatlı olmağı tövsiyyə edir.
İran prezidenti Həsən Ruhaninin İrəvana gözlənilən  səfəri ilə  bağlı mövqeyini Gununsesi.info-ya bölüşən  millət vəkili Fazil Mustafa  bildirib ki, İranla Ermənistan arasında  tarixi köklərə əsaslanan  dostluq və qardaşlıq münasibətləri var:
“Hər iki ölkənin düşüncə, dünyagörüşündə və rejimlərində, hətta ideoloji baxışlarında müəyyən yaxınlıqlar var. O baxımdan İran prezidentinin  İrəvana səfəri adi bir səfərdir”- deyə, deputat vurğulayıb.
F.Mustafa bildirib ki, İran işğalçı Ermənistana ən ciddi dəstək verən ölkələrdən biridir və onun bu hərəkəti bizdə narahatçılıq doğurur: “Qaldı ki, İran  müstəqil ölkədir və xarici siyasətində müstəqildir. Kimsə onun siyasətinə müdaxilə edə bilməz. Bizi narahat edən məsələ İranın özünü müsəlman ölkə hesab edərək, müsəlmançılıq prinsiplərinə və həmrəyliyinə riayət etməməsi ilə bağlıdır. İndi bizi maraqlandıran odur ki, İran prezidenti İrəvana səfərdə Azərbaycan maraqlarına zidd hərəkə etməsin”- deyə, o bildirib.
Deputat hesab edir ki, İran prezidentinin İrəvana səfərində Azərbaycan maraqlarına zidd hər hansı hərəkəti olarsa, o zaman Bakı ilə Tehran arasına  narazıçılıq yarana bilər və münasibətlərə mənfi təsir edər:
“Bizim gözləntimiz odur ki, İran Ermənistanla münasibətdə Azərbaycan maraqlarına ziyanverəcək hərəkətlərə yol verməsin. Əgər Tehran belə addım atarsa, bundan ancaq müsəlman qardaşları ziyan çəkmiş olacaq. Ümid edirəm ki, İran xarici siyasətində və Azərbaycanla əlaqələrin dərinləşdirilməsində bu  amili nəzərə alacaq”.
Bir müsəlman ölkəsi olaraq İranın işğalçı Ermənistanla münasibətlər qurmasının əleyhinə olan millət vəkili deyib ki, biz müsəlmançılıq prizmasından yanaşaraq İranın Ermənistanla əlaqə qurmasının əleyhinəyik: “Çünki Ermənistan  bizi müsəlman olduğumuza görə qətlə yetirib, müsəlman ölkəsi olduğumuza  görə torpaqlarımızı işğal edib, Xocalıda günahsız insanları soyqrıma məruz qoyub. Belə olan halda özünü müsəlman ölkəsi hesab edən İranın Ermənistana  dəstək verməsi müsəlmançılıq prinsipinə uyğun deyil”.
İran-Azərbaycan münasibətlərinə gəldikdə isə F. Mustafa deyib ki, Azərbaycan İranla dostluq və mehriban qonşuluq şəraitində əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır: “Hesab edirəm ki, ikitərəfli əlaqələrimizin  inkişafı gələcəkdə siyasi münasibətlərdə yarana biləcək gərginliyin aradan qaldırılmasına təsir edər.Ona görə də  İranla təmaslarımız  davam etdirilməlidir.
Bir daha təkrar edirəm bizim İrana qarşı hər hansı iradımız yoxdur. İradımız ancaq  Azərbaycan torpaqlarını işğal edən Ermənistana  dəstək verməsidir. Necə ki, digər – Pakistan, Özəbkistan, Türkiyə kimi müsəlman ökələri Azərbaycan torpaqlarını işğal etdiyinə görə əlaqələr qurmur.  Biz İrandan da belə bir mövqe sərgiləməsini istəyirik. Öz siysətində korrektə etsin.Təəssüf ki, biz belə bir mövqeyi Tehrandan görmürük.
Amma bütün bunlara baxmayaraq Azərbaycan-İran mövcud əlaqələri bizi qane edir”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info