İranda əxlaq polisləri yenidən işə başlayr

  • By admin
  • 18 İyul 2023 09:49

2022-ci ilin payızında başörtüyü qaydasını pozması səbəbi ilə nəzarət altında ölməsindən sonra mübahisələr başladıqdan və kütləvi etirazlardan sonra işləri dayandırılan “Əxlaq Polisi” yenidən işə başlayacaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Məhza Əmininin ölümü alovlanan etirazlara səbəb olan “Əxlaq Polisi” İranın hüquq-mühafizə orqanlarının nəzdində çalışır.

Şəhərlərdə gəzinti və nəzarət işini yerinə yetirən “Əxlaq Polisləri”nin işləri davam edən etirazlar səbəbi ilə 2022-ci ilin dekabr ayından dayandırılmışdı. İran Polis Təşkilatının sözcüsü Seyid Muntazer el-Mehdi məsələ ilə bağlı bunları deib:

“Başörtüyü qaydasını israrla pozanlara qarşı ölkə çapında nəqliyyatla və ayaqla hərəkət edən nəzarət polisləri olacaq. Polislər tərəfindən həmin pozuntu edənlərə xəbərdarlıq ediləcək. Xəbərdarlıqlar diqqətə alınmayacağı durumda, həmin adamlar məhkəməyə təslim ediləcək”.

Xatırladaq ki, İranda 500-dən çox adamın həyatını itirdiyi etirazlar zamanı 1979-cu ildən bəri məcburi başörtüyü geyinmə qanununun yumşaldılması tələbləri gündəmə gəlmişdi.

Ölkədə bəzi qadınların küçə və iş yerlərində başörtüyü taxmadan gəzdikləri görülmüşdü.

Tərcümə: Arzu

Gununsesi.info