İranda əyalət meri odlu silahla qətlə yetirilib

  • By admin
  • 09 Yanvar 2022 19:51

İranın Xuzestan əyalətində mer güllənərək öldürülüb.

Gununsesi.info APA-ya istinadla məlumat verir ki, hadisə Xuzestan əyalətinin İzə şəhərində baş verib.

HTML tutorial

Belə ki, Dehdəz şəhər merinə İzə şəhərində silahlı hücum olunub. Mer ağır yaralanıb, xəstəxanaya çatdırıldıqdan sonra əməliyyata alınıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb və çox qan itirdiyi üçün ölüb.

Gununsesi.info