İranda əcnəbilərdən doğulan uşaqlara vətəndaşlıq veriləcək

  • By admin
  • 02 Oktyabr 2019 22:08

İranda yerli qadınların əcnəbi vətəndaşlarla nikahdan dünyaya gətirdikləri uşaqlara vətəndaşlıq veriləcək.

Gununsesi.org xəbər verir ki, bu barədə İranın Konstitusiyanı Mühafizə Şurasının sözçüsü Əli Abbas Kədxudai “Twitter”dəki səhifəsində məlumat verib.

Bildirilib ki, Mühafizə Şurası bununla bağlı qanun layihəsini təsdiqləyib.

 

 

Gununsesi.org