İranda əsas məhsulların illik inflyasiyası kəskin artıb.
Gununsesi.info xəbər verir ki, məlumatı İranın Statistika Mərkəzi yayıb.
Məlumata görə, əridilmiş bərk bitki yağı keçən ilin analoji dövrü ilə müqayisədə 375% bahalaşıb. Bu, qida məhsullarının qiymətində qeydə alınan ən böyük artımdır. Maye halında bitki yağının qiyməti 308%, idxal edilən düyünün qiyməti isə 209% bahalaşıb.
Ən az artım isə kərə yağı (48%), quru süd (71%) və makaronda (75%) olub.
ABŞ İrana artıq bir neçə həftədir dəniz blokadası tətbiq edir. Digər tərəfdən isə tərəflər arasında müharibə başlayandan İrana BƏƏ-dən tədarük tam dayanıb. Bura İranın əsas idxal istiqaməti sayılırdı.
Vaşinqton İranda iqtisadi vəziyyətin pisləşdiyini və daha da pis olacağını bildirir. İran rəsmiləri isə razılaşmır, əksinə ölkənin ABŞ ilə müharibə üçün kifayət qədər ehtiyata sahib olduğunu bildirirlər.












