İran məhkəməsi 16 qadına İŞİD terror qruplaşması ilə əlaqələrə görə həbs cəzası verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Tehran şəhərinin prokuroru Abba Cəfəri Doulabati bildirib.
A.Doulabati deyib ki, İŞİD üzvü olan qadınlar müxtəlif həbs cəzasına məhkum ediliblər. Qadınları, həmçinin, İŞİD-dən aldıqları pulu ödəməyə məcbur ediblər.
Onun sözlərinə görə, qadınlar Suriyaya İŞİD-ə qoşulmağa yollanıblar. Suriyadan İrana qayıtdıqları zaman isə həbs ediliblər.
Gununsesi.info