İranda 2 minə yaxın şəxs koronavirusa yoluxub, 25 nəfər ölüb

  • By admin
  • 11 Yanvar 2022 15:42

İranda ötən sutka ərzində 1 961 nəfər koronavirusa (COVID-19) yoluxub, 25 nəfər ölüb.

Gununsesi.info-nun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 131 940 nəfərə, yoluxanların sayı isə 6 210 298 nəfərə çatıb. Virus daşıyıcılarından 1 619 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 054 670 nəfər koronavirusdan sağalıb, 42,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 124 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı təxminən 60,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 11 milyon təşkil edir.

 

Gununsesi.info