İranda 20 sünni məhkum edam olundu

  • By admin
  • 03 Avqust 2016 15:08

edam

 

İranın Kereç şəhərində edam edilən sünnilərin “Tövhid və Cihad” təşkilatına üzv olduğu irəli sürülüb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, İranın Kürdüstan əyalətinin baş prokurorluğu tərəfindən edilən açıqlamada  dünən səhər Kereç şəhərindəki Reca Dəstəmaz Həbsxanasında edam edilən sünnilər “Təkfirçi, Tövhid və Cihad” təşkilatına üzv olmaqda ittiham edilib.

Edam edilən məhkumların sayı və məhkəmə prosesinə dair məlumat verilməyib. İrandakı insan haqları pozuntularını izləyən “Freedomessenger” xəbər saytı isə ən azı 20 nəfərin edam edildiyini qeyd edib.

İran İnsan Haqları Agentliyi dünən səhər Reca Dəstəmaz həbsxanasında ən az 11 sünni kürd məhkumun edam edildiyini bildirib.

 

Gununsesi.info