İranda 2022-ci ilin etiraz aksiyası iştirakçısı edam edildi

  • By admin
  • 23 Yanvar 2024 11:36
edam

İranda 2022-ci ildə 22 yaşlı Məhsa Əmininin polis bölməsində öldürülməsi fonunda ölkəni bürüyən etirazların iştirakçısına ölüm hökmü çıxarılıb.

Gununsesi.info-nun məlumatına görə, İranın məhkəmə sisteminə yaxın olan “Mizan” xəbər agentliyi 24 yaşlı Məhəmməd Qubadlunun Tehranda bir nəfəri öldürməkdə və beş təhlükəsizlik qüvvəsini yaralamaqda təqsirli sayıldığını bildirir.

Sentyabrın 17-də Məhsa Əmininin ölüm xəbərindən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb.

Qız sentyabrın 13-də əxlaq polisi tərəfindən “baş örtüyünün düzgün geyinilməməsi”nə görə saxlanılıb və sentyabrın 16-da dünyasını dəyişib. Buna cavab olaraq İranın onlarla şəhərinin sakinləri küçələrə axışıb.

Gununsesi.info