İranda 25 gəmi yandı

  • By admin
  • 22 İyul 2017 16:18

teciliiiii
İranda 25 gəmi yanıb.

APA-nın məlumatına görə, hadisə Kanqan liman şəhərində baş verib. Hadisə nəticəsində 8 nəfər dəm qazından zəhərlənib və müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Gəmi sahiblərinə ümumilikdə 2 milyon dollar məbləğində ziyan dəyib.

Məlumata görə, sahilə kəndirlə bağlı olan qayıqların birində suyu çəkmək üçün quraşdırılan nasos yanıb. Alov tez bir zamanda yayılıb.

Gununsesi.info