
İranın Fars vilayətində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Gununsesi.org Trend-ə istinadən bildirir ki, zəlzələ oktybarın 13-u yerli vaxtla saat 21:27-də baş verib.
Məlumata əsasən, yeraltı təkanlarının ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Mahmeleh rayonundan 9 kilometr məsafədə olub.
İnsan itkisi haqqında məlumat verilməyib.