İranda 4,9 bal gücündə zəlzələ oldu

  • By admin
  • 18 Mart 2024 08:21

İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Şiraz şəhərindən 216 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 25 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

 

Gununsesi.info