İranda 6.1 bal gücündə zəlzələ baş verdi

  • By admin
  • 14 Noyabr 2021 16:44

İranın cənubunda 6.1 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Bəndər-Abbas şəhərindən 59 km şimal-şərqdə baş verib.

Tələfat və dağıntılarla bağlı məlumat verilmir.

Gununsesi.info